Xəsarət alan olmayıb Xəsarət alan olmayıb

Gəncədə polis idarəsi yandı

Xəsarət alan olmayıb


Gəncədə polis idarəsinə məxsus binada yanğın olub. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib.

Nizami Rayon Polis İdarəsinin inzibati binasında baş verən yanğın zamanı xəsarət alan olmayıb. Yanğın baş verən bina təmir edilirmiş.

Faktla bağlı araşdırma aparılır.