Bakıda intihar edərək həyatına son qoyan psixoloq Dəyanət Rzayev əvvəllər futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub. Bakıda intihar edərək həyatına son qoyan psixoloq Dəyanət Rzayev əvvəllər futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub.

Dəyanət Rzayev Azərbaycan millisinin psixoloqu olub - Futbol üzrə

Bakıda intihar edərək həyatına son qoyan psixoloq Dəyanət Rzayev əvvəllər futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub.

Bu barədə "Report"a mərhumun əmisi məlumat verib.

Onun sözlərinə görə, D.Rzayev milli komandanın formalaşdığı vaxtlardan 2001-ci ilədək yığmanın üzvlərinə psixoloji yardım göstərib. Xüsusən, 1990-cı illərin sonlarından futbolçular dünya və Avropa çempionatlarının seçmə qrup oyunlarına daha yaxşı hazırlaşmaları üçün tanınmış psixoloqun köməyindən yararlanıblar.

Qeyd edək ki, Dəyanət Rzayev yanvarın 25-də axşam saatlarında Yasamal rayonu Rza Muxtarov küçəsi, 185 ünvanında yaşadığı evdə kəmərlə özünü asıb.

AzNews.az