Abşeron rayonunda üzərində xəsarətlər olan kişi meyiti tapılıb. Abşeron rayonunda üzərində xəsarətlər olan kişi meyiti tapılıb.

51 yaşlı kişinin meyiti aşkarlandı

Abşeron rayonunda üzərində xəsarətlər olan kişi meyiti tapılıb.

Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Masazır qəsəbəsində üzərində döyülmə əlamətləri olan kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyit tapılan şəxsin, rayon sakini, 1966-cı il təvəllüdlü Tapdıq Əzizağa oğlu Məmiyev olduğu müəyyən edilib.

Hadisənin motivi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AzNews.az