Azərbaycanda yeni doğulan oğlanların sayı sürətlə artır, hətta bioloji norma da pozulub. Azərbaycanda yeni doğulan oğlanların sayı sürətlə artır, hətta bioloji norma da pozulub.

Azərbaycanda yeni doğulan oğlanların sayı sürətlə artır - Video

Azərbaycanda yeni doğulan oğlanların sayı sürətlə artır, hətta bioloji norma da pozulub.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi ölkə əhalisinin sayını açıqlayıb. Martın 1-nə olan məlumata görə, ilin əvvəlindən əhalinin sayı 0,1% artaraq 9 milyon 823 min 667 nəfərə çatıb. Məlumata əsasən, əhalinin 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür. Ancaq getdikcə bu balans dəyişir.

Bu ilin yanvar-fevral ayları ərzində 24 min 648 körpə dünyaya gəlib. Yeni doğulanların 47,3 faizi qız, 52,7 faizi isə oğlandır. Hazırda hər doğulan 100 qıza 112 oğlan düşür. Bu da biloji normanın pozulmasıdır. Çünki norma 105-107 nəfər təşkil edir. Sosioloqlar bildirirlər ki, oğlanların bu cür artımı cəmiyyətdəki patriarxal meylliyə üstünlüklə bağlıdır. Lakin bioloji norma pozulsa belə, heç bir fəsadı yoxdur.

Sosioloq Rəşad Əsgərov deyir ki, uzun müddətdir oğlanların sayının qızlardan çox olmasına baxmayaraq, hazırda qadınlar çoxluq təşkil edir. Çünki cinsi bərabərlik daim təbii şəkildə tənzimlənir.

Müharibələr də bu bərabərliyin tənzimlənməsində xüsusi rol oynayır.