Dəmir konstruksiyadan olan evi evakuator sürücüsü Bakı-Ələt yolu ilə aparkən başqa bir sürücü tərəfindən çəkilib. Dəmir konstruksiyadan olan evi evakuator sürücüsü Bakı-Ələt yolu ilə aparkən başqa bir sürücü tərəfindən çəkilib.

Evakuator bu dəfə avtomobil yox, ev daşıdı - Video

Dəmir konstruksiyadan olan evi evakuator sürücüsü Bakı-Ələt yolu ilə aparkən başqa bir sürücü tərəfindən çəkilib.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, evin eni 3, hündürlüyü isə təxminən 2 metrdən çoxdur. Yəni ev evakuatorun yedəyindən hər iki tərəfdən 1 metrə qədər kənara çıxıb.

Kadrları izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu nəyinki evakuator sürücüsünün özü, hətta digər hərəkət iştrakçıları üçün də böyük təhlükə yaradır.

Əgər yük nəqliyyat vasitəsinin kənarlarından, onun qabarit enindən 40 sm-dən çox xaricə çıxarsa, yükə xüsusi işarələnmə tətbiq edilməlidir və yolda hərəkəti üçün də icazə alınmalıdır. Ekspertin sözlərinə görə, əgər yük evakuatordan 1 metr kənara çıxarsa, burda da yük işarələnməli, həmin nəqliyyat vasitəsi isə təhlükəsizliyi təmin etmək üçün hər iki tərəfdən müşayiətlə hərəkət etməlidir.

Sözügedən təhlükəli vəziyyətə görə təkcə sürücü yox, həm də yük daşıyan şirkəti cərimə gözləyir.