Bakıda yanğın: 2 uşaq xilas edildi

Bakıda yaşayış binasında yanğın olub.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan 3 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 12 m2 sahədə və mətbəx əşyaları qismən yanıb. Yanğın zamanı iki azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.