İyunun 1-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki mağazalardan birinin dam örtüyü sökülməklə 350 manat pul və tütün məmulatı oğurlanıb. İyunun 1-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki mağazalardan birinin dam örtüyü sökülməklə 350 manat pul və tütün məmulatı oğurlanıb.

Mağazanın dam örtüyünü sökdü - Pul oğurladı

İyunun 1-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki mağazalardan birinin dam örtüyü sökülməklə 350 manat pul və tütün məmulatı oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB, Nizami RPİ 24-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Məmmədov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində bir köşkdən 30 manat pul və ərzaq məhsulları, habelə mayın 11-də və 22-də isə 2 mağazadan pul və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.