Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarına hazırlaşan gənclərə kömək məqsədilə 2013-cü il fevralın 17-də ilk dəfə olaraq sınaq imtahanları keçirəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarına hazırlaşan gənclərə kömək məqsədilə 2013-cü il fevralın 17-də ilk dəfə olaraq sınaq imtahanları keçirəcək.

4 şəhərdə imtahan keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarına hazırlaşan gənclərə kömək məqsədilə 2013-cü il fevralın 17-də ilk dəfə olaraq sınaq imtahanları keçirəcək.



Sınaq imtahanına yazılış fevralın 6-dan başlanıb və artıq 6000-dən artıq bakalavr qeydiyyatdan keçib. Həmin imtahana yazılmaq üçün müddət fevralın 14-də saat 10:00-da başa çatacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər yalnız TQDK-nın internet saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bunun üçün ödəmə kartı əldə etmək lazımdır.
Namizədlər Azercell və NAR Mobile nömrələrindən 7735 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Bundan başqa həmin kartları Netmoney və Golden Pay universal ödəmə kartları vasitəsilə ödəniş etməklə də almaq olar.

AzNews.az