Gəncə şəhərində dəhşətli yol qəzası qeydə alınıb. Gəncə şəhərində dəhşətli yol qəzası qeydə alınıb.

Azərbaycanda dəhşətli qəza: müğənni maşınla müəlliməni vurub öldürdü - VİDEO (+ 18)

Gəncə şəhərində dəhşətli yol qəzası qeydə alınıb.

AzNews.az pressclub.az-a istinadən xəbər verir ki, şəhərin Nizami rayonunda minik maşını ilə hərəkətdə olan sürücü yolu keçmək istəyən qadını vurub.

58 yaşlı piyada Gəncədə 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edir. Adı Səidədir. Zərbənin gücündən qadının bir ayağı dizdən qopub, özü isə maşının qabaq şüşəsindən salona girib.

Hadisəni törədən sürücünün adı Vasifdir. O, Gəncə şəhərində şadlıq saraylarından birində müğənnilik edir.

Hadisənin başvermə səbəbinə gəlincə isə bildirilir ki, həmin vaxt Vasif başqa bir maşınla yarışırmış. Bu səbəbdən də qadın yola çıxanda maşını saxlaya bilməyib.