Azərbaycan Respublikası Müdafiə Nazirliyi ötən gün cəbhə xəttində məhv edilən erməni əsgərləri ilə bağlı məlumat yayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ötən gün cəbhə xəttində məhv edilən erməni əsgərləri ilə bağlı məlumat yayıb.

Düşmənin 5 hərbi qulluqçusu məhv edilib- Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ötən gün cəbhə xəttində məhv edilən erməni əsgərləri ilə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, nazirliyin məlumatında deyilir:

Düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.

Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir.