Temperatur iqlim normasından 3 dərəcə yüksəkdir

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu iqlim normasından 3 dərəcəyədək yüksəkdir.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, dünən isə Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 2 dərəcə yüksək olub. Ötən gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu 39, Aran rayonlarında 41, Naxçıvan Muxtar Respublikasında 36, dağlıq rayonlarda 28-30 dərəcəyədək qeydə alınıb.

A.Verdiyev bildirib ki, havanın temperaturunun yüksək olmasına baxmayaraq, belə hava şəraiti anomal hesab edilmir və iyul ayı üçün xarakterik sayılır.

A.Verdiyev ölkə ərazisində belə isti hava şəraitinin iyulun 5-i gündüzə kimi davam edəcəyini söyləyib.

AzNews.az