“Azərişıq” ASC bütün regionlarda olduğu kimi, cəbhə bölgəsində də geniş miqyaslı yenidənqurma və bərpa işləri həyata keçirir. “Azərişıq” ASC bütün regionlarda olduğu kimi, cəbhə bölgəsində də geniş miqyaslı yenidənqurma və bərpa işləri həyata keçirir.

“Azərişıq” ASC Füzuli rayonunda yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirib

“Azərişıq” ASC bütün regionlarda olduğu kimi, cəbhə bölgəsində də geniş miqyaslı yenidənqurma və bərpa işləri həyata keçirir.

AzNews.az “Azərişıq” ASC-ə istinadən xəbər verir ki, Füzuli rayonunda istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə son iki ildə master plana uyğun olaraq geniş miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib.

“Azərişıq” ASC yaranandan sonra 65 ədəd qüsurlu və zədələnmiş transformatorlar yenilənərək daha güclüləri ilə əvəz edilib, 370 ədəd 10 kV-luq, 1450 ədəd 0,4 kV-luq yeni dayaq basdırılıb, 43 min metr naqil yenilənib, 12,4 km 35 kV-luq, 96,4 km 10 kV-luq, 70,7 km 0,4 kV-luq hava xətləri və 31 km ÖİN xətləri çəkilmişdir. Enerji istehlakçıları tərəfindən əvvəllər müşahidə edilən israfçılıq halları aradan qaldırılıb.

Füzuli Elektrik Şəbəkəsinin xidməti ərazisində son iki il ərzində 20 ədəd 10/0,4 kV-luq müasir tipli komplekt transformator məntəqəsi quraşdırılıb.

Aprel döyüşlərində işğaldan azad edilən Cocuq Mərcanlı kəndi də Füzuli Elektrik Şəbəkəsi xidməti ərazisində yerləşir. Məhz Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Horadiz” yarımstansiyasından 8600 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik xətti çəkilib, işğaldan azad olunan bu kənd ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq 2x6,3 MVA gücündə yeni yarımstansiya inşa edilib. Cocuq Mərcanlı kəndində özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan tam yeni 0,4 kV-luq şəbəkə yaradılıb. 2017-ci il ərzində 680 ədəd 0,4 kV-luq, 50 ədəd 10 kV-luq dayaq basdırılmış, 24 km ÖİN xətt çəkilmişdir.

AzNews.az