1 yaşlı uşağı mağazaya buraxaraq yoxa çıxdı

İzmirdə gənc qadın 1 yaşlı uşağını mağazaya verərək gözdən itib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 3 saat sonra uşağın anasının gəlmədiyini görən mağaza sahibi polisə xəbər verib. Anası gələnədək mağaza sahibi 1 yaşlı uşağa süd və digər qidalar verib. Hadisə yerinə gələn polis əməkdaşları uşağın anasının axtarışına başlayıb.