“Azərbaycanlı zəvvarları Səudiyyə Ərəbistanından gətirəcək təyyarənin gecikməsinə səbəb Mədinə hava limanının sıx qrafiklə çalışması olub”. “Azərbaycanlı zəvvarları Səudiyyə Ərəbistanından gətirəcək təyyarənin gecikməsinə səbəb Mədinə hava limanının sıx qrafiklə çalışması olub”.

Azərbaycanlı zəvvarları ölkəyə gətirən təyyarə gecikdi - Səbəb

“Azərbaycanlı zəvvarları Səudiyyə Ərəbistanından gətirəcək təyyarənin gecikməsinə səbəb Mədinə hava limanının sıx qrafiklə çalışması olub”.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin köməkçisi Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənskinin sözlərinə görə, zəvvarlar ölkəyə 3 saat gecikmə ilə gələcəklər.

“Biz oradan çıxmağa hazır idik. Sadəcə hava limanının sıx qrafik ilə çalışması zəvvarların gecikməsinə səbəb olub. Sıxlıq olduğundan AZAL-ın təyyarəsi oradan havaya 3 saat gec qalxıb. Cədvəl üzrə təyyarə 19:10-da Bakıya enəcək”, - deyə P.Kəsəmənski əlavə edib.