DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini Nail Quliyev avtomobilinin qaçırılması barədə məlumat verib. DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini Nail Quliyev avtomobilinin qaçırılması barədə məlumat verib.

“Opel”i qaçıran şəxs tutuldu

DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini Nail Quliyev avtomobilinin qaçırılması barədə məlumat verib.

DİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Opel” markalı avtomobilin rayonun O.Vəliyev küçəsindən qaçırılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil M.Abbasov küçəsində tapılıb. Onu qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq avtomobillə birlikdə Polis Bölməsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Heydər Eminov olması müəyyən edilib.

Araşdırma aparılır.