- Köhnə - Cəmiyyət
- 7 Fevral 2018 20:27
- 7 916
Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı fərmanda dəyişiklik edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
AzNews.az istinadən xəbər verir ki, fərmanın 1-ci hissəsindən ikinci halda “Prezidenti yanında” sözləri çıxarılıb:
"“Mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın".