Qəbiristanlıqdan oğurluq edən yeniyetmələr tutuldu

Kürdəmirdə qəbiristanlıqdan oğurluq edən üç yeniyetmə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Xırdapay kəndindəki qəbiristanlıqda qəbirlərinin ətrafına çəkilmiş məhəccərlərin üzərilərində quraşdırılmış alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakinləri olan 3 yeniyetmə saxlanılıb.