Bu il İsraildən Azərbaycana 50 minə yaxın turistin gəlməsi gözlənilir

Bu il İsraildən Azərbaycana 50 minə yaxın turistin gəlməsi gözlənilir.

AzNews.az xəbər verir ki, bu barədə Milli Turizm Təbliğat Bürosunun meneceri Kənan Quluzadə AZƏRTAC-a açıqlamasında deyib. O bildirib ki, son vaxtlar bir çox ölkələrin aviaşirkətlərində fəallıq nümayiş olunur. Bu ölkələrə Çin, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və digər ölkələr daxildir. 2017-ci ildən İsrail Hava Yolları ilə Azərbaycana 15 min turist səfər edib. Bu il bu rəqəmin 3 dəfədən çox artacağı gözlənilir.