- Köhnə - Cəmiyyət
- 10 Fevral 2018 14:32
- 4 489
Cəlilabadda oğurluq baş alıb gedir - At...
Cəlilabadda oğurluq hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakinləri Fazil Abdullayev, Şəmsəddin Kərimov və digər bir neçə nəfərə məxsus at və iribuynuzlu mal-qara son bir neçə gün ərzində həyətlərdən və otlaq sahəsindən aparılıb.
Zərərçəkmiş şəxslər deyib ki, kənddən ayrı-ayrı şəxslərə məxsus təxminən 15-ə yaxın at və 5 iribuynuzlu mal-qara oğurlanıb.
Faktla bağlı artıq polisə məlumat verilib, araşdırma aparılır.
AzNews.az