- Köhnə - Cəmiyyət
- 11 Fevral 2018 20:28
- 4 058
Qəzaya düşən təyyarənin "qara qutusu" tapılıb
Rusiyanın Moskva vilayətində qəzaya uğramış "An-148" sərnişin təyyarəsinin "qara qutu"larından biri tapılıb.
AzNews.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu yerli Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəisi deyib.
Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib.
Qəzaya uğrayan təyyarədə sağ qalan olmayıb.