Məleykə Abbaszadə qəzaya düşən şagirdlərə baş çəkib

Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbaszadə Yevlaxda qəzaya düşən şagirdlərə baş çəkib.

AzNews.az Azvision-a istinadən xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.

“Mingəçevir Şəhər Xəstəxanası ilə əlaqə saxladım. Bu gün Yevlaxda avtobus qəzasına düşən və Mingəçevirdə müalicə alan şagirdlərlə maraqlandım. Onlardan ikisinin vəziyyəti nisbətən ağırdır. Biri əməliyyat olunub, hazırda vəziyyəti stabilləşib. İkinci şagirdin vəziyyətinə Bakıdan təcili çağırılan neyrocərrah qərar verəcək.

Məleykə xanım yaralılara baş çəkib. Yaralıların valideynlərinə ciddi diqqət olunur və onlara övladlarının səhhəti barədə mütəmadi olaraq ətraflı məlumat verilir” - deputat "Facebook" hesabında yazıb.

Qeyd edək ki, Yevlaxda şagirdləri daşıyan mikroavtobusun “QAZ-53” markalı avtomobillə toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.