Valideynləri körpədən imtina etdi; o Gəncədəki uşaq evinə verildi Valideynləri körpədən imtina etdi; o Gəncədəki uşaq evinə verildi

13 yaşlı ananın körpəsi Zərdabdan sürgün edildi – Özəl

Valideynləri körpədən imtina etdi; o Gəncədəki uşaq evinə verildi


Zərdab rayonunun Alıcanlı kəndində 13 yaşlı qızın dünyaya uşaq gətirməsi faktı ciddi müzakirə edilib. Bu barədə bütün əlaqədar qurumlara, hətta Prezident Administrasiyasına məlumat verilib. Rayon təhsil şöbəsinin Təhsil Nazirliyinə müraciətindən sonra təlimata əsasən şagird təhsildən kənarlaşdırılıb. Bu barədə məlumatı AzNews.az- rayon təhsil şöbəsinin müdiri Baba Babayev verib.

Şöbə müdirinin sözlərinə görə, dünyaya uşaq gətirən şagird 1996-cı il təvəllüdlü olub və 10-cu sinifdə təhsil alıb. Hadisədən sonra onun təhsil aldığı kənd məktəbinin direktoruna, dərs hissə müdirinə, həmçinin sinif rəhbərinə töhmət verilib: "Direktorun 65 yaşı tamam olub, buna görə də 1 illik müqaviləyə əsasən vəzifəsini icra edir".

Körpənin taleyinə gəlincə isə, valideynləri ondan imtina ediblər: "Uşağın atası evlidir və uşaqları var. Qızın da valideynləri uşaqdan imtina etdilər və uşaq Gəncə şəhərindəki uşaq evinə verildi".

Elnarə Əlosmanqızı
AzNews.az