Bakı ilə bu şəhər arasında uçuşların sayı artacaq

Krasnoyarsk beynəlxalq hava limanından Bakıya sərnişin reyslərinin sayı yayda həftədə iki dəfəyədək artırılacaq.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Krasnoyarsk-Bakı marşrutu ilə uçuşları "İrAero" aviaşirkəti həyata keçirəcək, iyulun 18-dən isə "Nordwind Airlines" aviaşirkəti bu xətt üzrə reysləri işə salacaq.