- Köhnə - Cəmiyyət
- 4 Aprel 2018 00:00
- 7 149
Daşınmaz əmlak bazarında yeni tendensiya (Video)
Son illərdə daşınmaz əmlak bazarında yeni bir tendensiya geniş yayılıb, hazır ipotekada olan evlər satışa çıxarılır.
AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Daşınmaz əmlak bazarında son zamanlar yeni bir tendensiya geniş yayılıb -hazır ipotekada olan evlər satılır.
İpoteka ilə ev götürüb ödənişi edə bilməyənlər mənzili qaytarmaq yerinə satışa çıxartmağa üstünlük verirlər.Belə olan halda isə ev sahibi ödədiyi məbləği, həmçinin daha artığını geri götürə və öhdəliyi başqasına ötürə bilir. Bu isə öz növbəsində ipoteka ilə ev götürmək istəyən və müəyyən şərtlərə görə bunu reallaşdıra bilməyən insanlar üçün göydəndüşmə bir şans olur.
Hazır ipotekada olan evlərə tələbatın çox olmasının əsas səbəbi isə şərtlərin daha yüngül olmasıdır.
Sənədləşmə işləri bank tərəfindən rəsmi qaydada aparıldığından illərlə kredit ödəyən vətəndaş sonda hər hansı bir sürprizlə də qarşılaşmır.
Ekspertlərin fikrincə ildən-ildə "Azərbaycan İpoteka Fondu"nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğin artması mənzil bazarını daha da canlandırır. Bu da öz növbəsində qiymətlərə də təsir edə bilər.
Videomaterialı sizə təqdim edirik: