- Köhnə - Cəmiyyət
- 15 Mart 2013 11:05
- 3 627
Nazir müavini şok statistika açıqladı
Şəhər və rayonlarda çalışan mədəniyyət işçilərinin yalnız 12 faizi ali təhsillidir
Azərbaycanın şəhər və rayonlarında çalışan 33 min 143 nəfər mədəniyyət işçisinin yalnız 12 faizi ali təhsillidir. APA-nın məlumatına görə, bunu Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.O bildirib ki, regionlarda çalışan mədəniyyət işçilərinin 39 faizi orta təhsillidir. Ali təhsillilərin ən aşağı faizi Daşkəsən rayonundadır. Burada mədəniyyət işçilərinin yalnız 3 faizi ali təhsillidir. Ağsu, Astara, Bərdə, Lerik və Tovuz rayonlarında isə bu göstərici təxminən 6 faiz təşkil edir. Ən yüksək göstərici Abşeron rayonundadır. Burada çalışan mədəniyyət işçilərinin 24 faizi ali təhsillidir. Sumqayıt, Gəncə şəhərlərində, Salyan rayonunda ali təhsilli mədəniyyət işçilərinin göstəricisi 22-23 faiz təşkil edir.
AzNews.az