- Köhnə - Cəmiyyət
- 19 May 2018 19:11
- 7 952
“Təzəpir məscidində hər gün iftar süfrəsi açılır” - QMİ nümayəndəsi
“Təzəpir məscidində hər gün iftar süfrəsi açılır. İftar süfrəsini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir”.
Bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini Qəmər Cavadlı deyib.
Q. Cavadlının sözlərinə görə, imkansız şəxslər üçün iftar süfrəsi məscidin mərasim zalında gerçəkləşir: “Həmin ərazidə yaşayan imkansız ailələr orada gəlib iftar açırlar”.
QMİ sözçüsü bildirib ki, imkansız şəxslər üçün iftar süfrəsi Ramazan bayramına qədər davam edəcək.
AzNews.az