- Köhnə - Cəmiyyət
- 7 İyun 2018 18:21
- 6 388
Sosial Müdafiə Fondunda şöbə sədri istefa verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədri Xəlilov Tərlan Şahsuvar oğlu işdən çıxıb.
AzNews.az APA-ya istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov faktı təsdiq edib.
F. Talıbov qeyd edib ki, T. Xəlilov iyunun 5-də tutduğu vəzifəni öz ərizəsi ilə tərk edib: “Hazırda onun vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədr müavini Tural Qasımov icra edir”.