Buraxılış imtahanları başa çatdı - Yenilənib

Bu gün Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və bölgələrdə yerləşən orta ümumtəhsil müəssisələrində keçirilən buraxılış imtahanları başa çatıb.

Bu barədə AzNews.az-a DİM-dən məlumat verilib.

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 57 625 şagird (IX sinif üzrə 32795, XI sinif üzrə 24830) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

İyulun 4-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

Nəticələr yaxın günlərdə elan ediləcək.

***

09:02

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

DİM-dən verilən məlumata görə, bu gün ümumilikdə 57 625 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 32795, XI sinif üzrə 24830).

İmtahan IX sinif şagirdləri üçün saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

AzNews.az