Dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır. Dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.

Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejiminə keçdi

Dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

O bildirib ki, tibb müəssisələri generatorlarla tam təmin olunub. Baş verəcək hər hansı hadisənin qarşısının yerindəcə həll edilməsi məqsədilə metrostansiyaların qarşısında təcili tibbi yardım maşınları dayanıb. Gün ərzində ümumilikdə təcili yardım xidmətinə 17 müraciət daxil olub. Həyat təhlükəsinə səbəb olacaq hər hansı hadisə baş verməyib, 5 nəfər profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib.