Bu gün ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA – Avropa Birliyi 2018” adlı 3-cü yay məktəbi fəaliyyətə başlayıb. Bu gün ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA – Avropa Birliyi 2018” adlı 3-cü yay məktəbi fəaliyyətə başlayıb.

Bakıda “ADA – Avropa Birliyi 2018” yay məktəbi fəaliyyətə başlayıb - Foto

Bu gün ADA universitetində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə 160 şagirdin iştirak etdiyi “ADA – Avropa Birliyi 2018” adlı 3-cü yay məktəbi fəaliyyətə başlayıb.

“Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, bir ay davam edəcək yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması və s. barədə ətraflı məlumat veriləcək və intellektual oyunlar təşkil olunacaq.

Yay məktəbində iştirakçılara həmçinin, “ADR 100 – şərqdən qərbə”, “İnformasiya texnologiyaları üzrə mütəxəssislər”, “Ən yaxşı kiçik bankçı”, “Ətraf mühitin qorunması” mövzularında mühazirələr keçiriləcək.

Təlim iştirakçıları təkrar emal müəssisələrinə səfər edəcək, tullantıların utilizasiyası prosesini əyani şəkildə izləmək imkanı əldə edəcəklər.

AzNews.az

image description image description image description