Sakinlərin diqqətinə - Bu ərazilərdə qaz olmayacaq

Bakının bir sıra hissələrində təbii qaz təchizatında məhdudiyyət olacaq.

Azəriqaz İB-dən AzNews.az-a verilən məlumata görə, yeni çəkilmiş diametri 400 və 325 mm-lik qaz xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, 10 iyul 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayevo, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.