“Beynəlxalq ordu oyunları çərçivəsində Bakıda keçirilən Dəniz kubokunun əsas məqsədi Xəzər ölkələri arasında dostluq və sülhün möhkəmlənməsidir”. “Beynəlxalq ordu oyunları çərçivəsində Bakıda keçirilən Dəniz kubokunun əsas məqsədi Xəzər ölkələri arasında dostluq və sülhün möhkəmlənməsidir”.

“Dəniz kubokunun əsas məqsədi...” - Açıqlama

“Beynəlxalq ordu oyunları çərçivəsində Bakıda keçirilən Dəniz kubokunun əsas məqsədi Xəzər ölkələri arasında dostluq və sülhün möhkəmlənməsidir”.

APA-nın məlumatına görə, bunu yarışda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Sübhan Bəkirov yarışın açılış mərasimi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan bu yarışlarda 2015-ci ildən iştirak edir və müsabiqəyə maraq ildən-ilə artır: "Kubok iyulun 31-dən avqustun 8-dək keçiriləcək və üç mərhələdə baş tutacaq. Kubokda Rusiya, Azərbaycan, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak edir. Kubok çərçivəsində mədəni tədbirlərin keçirilməsi, şəhər gəzintisi, muzey və tarixi yerlərə gəzinti nəzərdə tutulub".

AzNews.az