- Köhnə - Cəmiyyət
- 8 Aprel 2013 08:52
- 2 792
Bakıda yeni metro stansiya tikilir
Bu stansiya digərlərindən fərqlənəcək
Bakı Metropoliteninin Rusiyanın Mıtişşi zavodundan aldığı bir heyətlik – 5 vaqon texniki təchizatına görə əvvəlkilərdən xeyli fərqlənir. Bu vaqonlarda sərnişinlərin nəinki rahatlığı və təhlükəsizliyi, həm də sağlamlığı, yoluxucu xəstəliklərdən qorunması üçün texniki vasitələr quraşdırılıb.
"APA-Economics"in məlumatına görə, bu barədə metropolitenin rəisi Tağı Əhmədov bildirib.
Onun sözlərinə görə, hazırda sınaq müddəti keçən yeni vaqonlardan daha 3 heyət alınacaq və gələn il istifadəyə veriləcək "Avtovağzal", "Əcəmi-2" stansiyalarında istismara buraxılacaq.
T.Əhmədov bildirib ki, həmin stansiyalarla yanaşı, hazırda Hərbi Hospitalın qarşısında yerləşəcək stansiyada da tikinti işləri aparılır.
Oradan isə Heydər Əliyev İdman-Konsert Kompleksinin yaxınlığında inşası üçün yer müəyyənləşdirilmiş stansiyaya doğru yeni tunel qazılacaq. "H.Aslanov" stansiyasından Yeni Günəşliyə çəkilən tunelin isə uzağı, 2016-cı ildə başa çatdırılacağı gözlənilir: "Hazırda Bakı metropolitenin 8 stansiyasında və 2 depoda tikinti işləri gedir. Ümumiyyətlə, metro tikintisinin ən qızğın vaxtlarında belə indiki sürət olmayıb", - deyə metropoliten rəisi bildirib.
AzNews.az