Nemət Pənahlı evə buraxıla bilər

Xəbər verdiyimiz kimi bügun Milli azadlıq hərəkatının öncül simalarından olan, məhbus siyasətçi Nemət Pənahlının anası Sara Pənahlı dünyasını dəyişib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov "Qafqazinfo" ya açıqlamasında Nemət Pənahlının anasının yas mərasiminə buraxıla biləcəyini deyib. Onun sözlərinə görə, əgər Nemət Pənahlı rəsmi olaraq müraciət etsə, onun müraciətinə mütləq baxılacaq.

Qeyd edək ki, Azərbaycanda belə bir ənənə artıq var. Dəfələrlə yaxın qohumlarını itirmiş həbsdə olan şəxslər bir neçə günlüyünə azadlığa buraxılıblar.

AzNews.az