İsmayıl Ömərova İsveçdən dəvət gəlib?

İsveçdə Dünya Azərbaycanlıları Konqresinin həmsədri Mirəşrəf Fətiyevin və Cavad Derextinin təsisçiliyi ilə fəaliyyətə başlayan Bütöv Azərbaycan Televiziyasının rəhbərliyinə İçtimai Televiziyanın sədrliyindən ayrılan İsmayıl Ömərov gətirilə bilər. Hazırda bu istiqamətdə İ.Ömərovla danışıqların aparıldığı bildirilir.

Rusiyada yaşayan iş adamı Mirəşrəf Fətiyev AzNews.az-a açıqlamasında İ.Ömərovla yaxın münasibətlərinin olduğunu bildirdi:

"İsmayıl Ömərov bizim yaxın dostumuzdur. O, peşəkar kimi bu telekanalın qurulmasında yaxından iştirak edib. Kanalın rəhbəri məsələsinə gəlincə, nə biz tərəfdən ona təklif olunub, nə də ondan bizə belə təklif gəlib. Amma İsmayıl Ömərov istənilən telekanala rəhbərlik etməyə layiqdir".

Bahar Rüstəmli
AzNews.az