Misir Mərdanov: “Məni qane etməyən tərəflər var”

“DƏYİŞİKLİKLƏRDƏN DANIŞMAQ TEZDİR”

Mən hələ bu institutda yeniyəm. Məni qane edən və etməyən tərəflər var. Yavaş-yavaş mərhələlərlə çatışmayan problemləri aradan qaldıracağıq".

Bunu keçmiş Təhsil naziri hazırda AMEA-nın mexanika və riyaziyyat institutun direktoru olan Misir Mərdanov deyib. Misir Mərdanov bildirib ki o Azərbaycanda riyaziyyat elminin inkişafına xidmət edəcək.

"Hələlik ciddi dəyişikliklərdən danışmaq tezdir. Bir neçə ay sonra mətbuata bu barədə geniş açıqlama verəcəyik" -deyə o bildirib.

Elnarə Əlosmanqızı
AzNews.az