- Köhnə - Cəmiyyət
- 2 İyul 2013 18:39
- 3 077
Xalq artistlərindən İlham Əliyevə məktub

"Azərbaycan mədəniyyətinə diqqətiniz və bu mədəniyyəti yaşadan incəsənət xadimlərinə qayğınız bizi qürurlandırır. Milli teatrımızın 140 illiyi münasibətilə məni "Şərəf" ordeninə layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirir, sayğı dolu minnətdarlığımı ərz edirəm. Yaradıcılığıma verdiyiniz yüksək qiymət mənim üçün çox dəyərlidir. Mədəniyyətimizə olan münasibətdə ulu öndər Heydər Əliyev ənənələrini yaşatmağınız hər birimizdə sağlam və işıqlı gələcəyə inamı daha da artırır. Biz hələ uzun illər Sizdən bu qayğını görəcəyimizə əminik.
Zati-aliləri, Sizə bir daha təşəkkür edir və Azərbaycanın rifahı naminə apardığınız ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram"-deyə Ş.Məmmədova məktubunda qeyd edilib.
İlham Namiq Kamal da prezident İlham Əliyevə diqqətinə görə, minnətdarlığını bildirib:
"Bu gün Azərbaycanın teatr sənəti Sizin sayənizdə yeni inkişaf dövrünü yaşayır. Sizin Sərəncamınızla Azərbaycan teatrının maddi-texniki bazası gücləndirilmiş, bu sahədə çalışan sənət adamları hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Bütün bunları onlar böyük rəğbətlə qarşılayır və Sizin siyasətinizi daim dəstəkləyirlər.
Hörmətli cənab Prezident,
Səhnə fəaliyyətimi yüksək qiymətləndirərək, milli teatrımızın 140 illik yubileyi münasibətilə məni "Şöhrət" ordeni ilə mükafatlandırdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik və səadət arzulayıram".
AzNews.az