- Köhnə - Cəmiyyət
- 24 İyul 2013 09:08
- 2 268
TQDK imtahan nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 21-də keçirdiyi ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
I qrupun imtahanları respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində 69 imtahan mərkəzində keçirilib.
I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 36883 abituriyentdən 1324 nəfəri imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən 35519 abituriyentlərdən 40 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Ən yüksək nəticə isə 695 bal olub.
I ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
Bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.
Elnarə
AzNews.az