Sülhəddin Əkbərə “Hammer”i kimin verdiyi məlum oldu - İŞ ADAMI


Ötən həftə mətbuatda Açıq Cəmiyyət Partiyasının sədri və Milli Şuranın üzvü Sülhəddin Əkbərin "Hammer" alması barədə xəbər yayılmışdı. S.Əkbər özü də bu xəbərin doğru olduğunu, maşını isə ona bir dostunun hədiyyə etdiyini bildirmişdi.

AzNews.az-a daxil olan məlumatda ACP sədrinə "Hammer"i kimin verdiyindən bəhs edilir. Daxil olan məlumatdan belə aydın olur ki, S.Əkbərin "maşını bir dostum verib" iddiası doğrudur. Belə ki, məlumatda bildirilir ki, S.Əkbərin sürdüyü maşını onun Məhəmməd Seyidov adlı yaxın qohumu hədiyyə edib. Maşın isə heç də S.Əkbərin adı çəkilən qohumunun deyil.

"Hammeri" M.Seyidovun Asif adlı bir iş adamı bağışlayıb. Əldə etdiyimiz məlumata görə, Asif adlı iş adamı plastik pəncərələrin istehsalı ilə məşğuldur. Onun bu işlə bağlı böyük sexinin olduğu bildirilir. Adı çəkilən iş adamı Bakıda tikilən bir çox hündürmərtəbəli binaları plastik pəncərələrlə təmin edir.


Anar
AzNews.az