Prezident Lənkərana səfər edib

Prezident İlham Əliyev Lənkəran rayonuna səfər edib.

SalamNews-un məlumatına görə, dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır.


AzNews.az