- Köhnə - Cəmiyyət
- 12 Sentyabr 2013 13:05
- 3 535
DİN-dən “Bandotdel” rəisi ilə bağlı yayılan xəbərə - Reaksiya
DİN-in mətbuat xidmətinin şöbə rəisinin müavini Ehsan Zahidov AzNews.az-a bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Bu xəbərin mənbəyi kimi göstərilən Türkiyənin "habertürk" saytında belə bir xəbər ümumiyyətlə, yoxdur. Sayta istinadən yayılan fotoşəkil də peşəkar şəxslərin hazırladığı fotomontajdır. Bu xəbər tamamilə uydurmadır".
E.Zahidov deyib ki, görünür, bu cür xəbərin yayılması kimlərinsə marağındadır: "Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ölkədə cinayətkarlıqla ən barışmaz mübarizə aparan qurumlardan biridir. Həmin idarənin cinayətkarlığa qarşı apardığı mübarizədən xoflanan qüvvələr var ki, görünür, bu da onların xoşuna gəlmir. Ona görə də bu cür qərəzli xəbərləri hazırlayaraq, mətbuata ötürürlər".
Xatırladaq ki, Azərbaycan mətbuatı Türkiyənin "habertürk" saytına istinadən məlumat yayıb ki, M.Seyidov İstanbul Rövşən Lənkəranski ilə görüşüb. Xəbərdə iddia olunur ki, Türkiyədə Rövşən Lənkəranki tərəfindən öldürülən "Lotu Qoca" ləqəbli Əlibala Həmidovun koordinatlarını birinciyə M.Seyidov verib.
Elnur
AzNews.az