Mikayıl Cabbarovun “vurduğu” institut direktoruna vəzifə verildi - EKSKLÜZİV

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən azad edilən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov yeni vəzifəyə təyin ediləcək.

AzNews.az-a daxil olan məlumata görə, A.Mehrabov Azərbaycan Dövlət Pedaqoji Universitetində Pedaqoji Təhsilin Problemləri Laboratoriyasının müdiri olacaq.

Pedaqoji Universitetdən AzNews.a-a verilən məlumata görə, laboratoriya müdiri vəzifəsi seçkili vəzifədir və yaxın zamanda seçki keçiriləcək: "Artıq elan verilib və Abdulla Mehrabov da seçkidə iştirak etmək üçün sənədlərini təqdim edib. Abdulla Mehrabovdan başqa həmin seçkidə iştirak etmək üçün heç kəs sənəd təqdim etməyib".

Qeyd edək ki, Təhsil Problemləri İnstitutunun direktoru vəzifəsində A.Mehrabovu təhsil nazirinin keçmiş müavini Qulu Novruzov əvəz edib.

Elnarə
AzNews.az