Gültəkin Hacıbəylinin keçmiş baldızına cinayət işi açıldı - EKSKLÜZİV

Gültəkin Hacıbəylinin keçmiş baldızı Aynurə Mehdiyevanın filippinli qızı evində işlədərək pulunu ödəməməsi ilə bağlı məsələ DİN-in Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinin istintaq şöbəsində araşdırılıb.

AzNews.az-a daxil olan məlumata görə, keçmiş baldızını insan alverində günahlandıran Gültəkin Hacıbəylinin iddiaları təsdiqini tapıb.
Aynurə Mehdiyeva Gültəkin Hacıbəylinin iddialarının yalan olduğunu bildirərək, məhkəməyə müraciət etsə də, istintaqda başqa məqamlar üzə çıxıb.

Belə ki, fakta görə cinayət işi başlanılıb və istintaqın gedişində filippinli qadın zərərçəkən kimi tanınıb. İş üzrə Aynurə Mehdiyevanın təqsirləndirilən şəxs kimi dindirildiyi də daxil olan məlumatlar arasındadır. İşin yaxın zamanda məhkəməyə göndəriləcəyi bildirilir.

Elnur
AzNews.az