ABŞ səfirliyindən Fərhad və Rafiq Əliyevlərin əfvinə münasibət

ABŞ-ın Azərbaycandakı səfirliyi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfvini alqışlayıb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyin yaydığı bəyanatda deyilir: "Biz Fərhad və Rafiq Əliyevlərin əfvi və azadlığa buraxılmasından məmnun olduq. Ümid edirik ki, Azərbaycan hakimiyyəti daha böyük siyasi meydan yaratmaq üçün daha çox aktivisti və jurnalisti azad edəcək".

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 14-də Əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 153 məhkuma şamil olunub. Cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, "Azpetrol" şirkətinin keçmiş prezidenti Rafiq Əliyev də var.(apa)

AzNews.az