- Köhnə - Cəmiyyət
- 31 Oktyabr 2013 15:20
- 2 540
Zakir Həsənov xaricə gedir
AzNews.az-ın "AzeriDefence.com" saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun yaxın vaxtlarda Türkiyəyə səfəri planlaşdırılır.
Bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Səfərin noyabrın ikinci ongünlüyündə (12-13 noyabr) baş tutacağı gözlənilir. Nazir Ankaraya Azərbaycanın hökumət rəsmilərindən ibarət geneiş heyətin tərkibində səfər edəcək.
Bu Z. Həsənovun müdafiə naziri vəzifəsində ilk rəsmi səfəri olacaq.
AzNews.az