- Köhnə - Cəmiyyət
- 31 Oktyabr 2013 20:22
- 2 402
Azərbaycanla Aİ arasında viza rejimi sadələşdirilir – SAZİŞ
Az.News.az Amerkanın Səsi radiosuna istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Toralf Pils jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, readimissiya sazişinin layihəsinin hazırlanması yekunlaşmaq üzrədir. "Readimissiya sazişi yəqin ki, 2014-cü ildə imzalanacaq və sənədlər paketi 2014-cü ildə rattifikasiya edilərək qüvvəyə minəcək", o qeyd edib.
Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readimissiya üzrə danışıqlarda əsas məsələlərlə bağlı bu ilin martında razılıq əldə olunub. Viza rejiminin sadələşdirilməsi viza almaq üçün təqdim olunan sənədlərin siyahısının azaldılmasını, uzun müddətə çoxdəfəli vizanın alınması imkanlarını, ayrı-ayrı şəxslər kateqoriyası üçün vizanın dəyərinin sadələşdirilməsini nəzərdə tutur. "Şərq Tərəfdaşlığı" ölkələrinin Vilnüs Sammiti noyabrın 28-99-da keçiriləcək.
"Şərq Tərəfdaşlığı" Polşa və İsveçin Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna.
Elman
Az.News.az