- Köhnə - Cəmiyyət
- 6 Noyabr 2013 19:52
- 4 647
Putinin səlahiyyətli nümayəndəsi teleqram göndərdi
"Hörmətli cənab səfir! 2013-cü ilin noyabrın 1-də Zelenoqradda sərxoş şəxs tərəfindən zorakılığa məruz qalaraq xəsarət alan 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun ailəsinin dərdini bölüşürəm. Milli zəmində ədavət, təhqir və uçağın alçaldılmasının istənilən təzahürlərini yolverilməz hesab edirəm. Bu cür fövqəl halları önləmək və günahkarları cəzalandırmaq üçün bütün lazımi tədbirləri görmək niyyətindəyəm. Moskva meri C.Sobyanin, Rusiya baş prokuroru Y.Çayka, daxili işlər naziri V.Kolokoltsevə müvafiq teleqramlar göndərmişəm. Baş vermiş fövqəl hadisə şəxsi nəzarətimdədir", - deyə teleqramda bildirilir.
AzNews.az