Qanvermə aksiyası keçirlir - Aşura


Azərbaycanda Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb.

AzNews.az-ın məlumatına görə, qanvermə aksiyası Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə keçirilir. Aksiyaya könüllü qanvermək istəyənlər qatılır.

Qanvermə aksiyası 14 məkanda həyata keçirilir. Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq:

1. Yasamal rayonu - Təzə Pir məscidi
2. Yasamal rayonu - Hacı Soltanəli məscidi
3. Səbail rayonu - Bibiheybət ziyarətgah məscidi
4. Səbail rayonu - İçərişəhər Cümə məscidi
5. Suraxanı rayonu - Qaraçuxur məscidi
6. Xəzər rayonu - Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayonu - Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri - Cümə məscidi
9. Gəncə şəhəri - İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhəri - Heydər məscidi
11. Şəki şəhəri - Cümə məscidi
12. Lənkəran şəhəri - Böyük bazar məscidi
13. Bərdə şəhəri - Cümə məscidi
14. Nəsimi rayonu - Hacı Əjdərbəy məscidi.

QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də aksiyaya qatılacaq.
Aşura mərasimi ilə bağlı bu gün səhər saatlarından başlayaraq Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik olan yollar istiqamətində avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Dövlət Yol Polisi məscidlərdəki mərasimlərdə iştirak etmək istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyindən istifadə etmək məsləhət görülür.

AzNews.az