İlham Əliyevi təbrik etdilər


Niderland kralı və Filippinin dövlət başçısı İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik ediblər.

AzNews.az-ın məlumatına görə, Niderland Kralı Villem-Aleksandr və Filippin Respublikasının Prezidenti III Beniqno Akino yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə ən xoş arzularını çatdırıblar.

Təbrik məktubunda Filippin prezidenti bildirib ki, qarşılıqlı maraq doğuran bütün məsələlərdə ikitərəfli əlaqələrin və Filippin ilə Azərbaycan arasında dostluq münasibətlərinin gücləndirilməsində maraqlıdır.

AzNews.az