Rektordan Cəmil Həsənli və Altay Göyüşov açıqlaması

Rektor Abel Məhərrəmov professor Cəmil Həsənlinin işdən azad edilməsinə aydınlıq gətirib.

AzNews.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında Abel Məhərrəmov bildirib ki, o uzun müddət universitetdə çalışıb və xəstəliyi ilə bağlı öz ərizə yazıb: "Amma biz ona təklif eddik ki, müəyyən magistr və aspirantlara dərs desin. O da bir il onlara dərs dedi və ikinci il bu dərsləri aparmadı və işə gələ bilmədiyi üçün öz ərizəsi ilə işdən çıxdı".

Rektor qeyd edib ki, ona yenə dərs saatı ayrıla bilər: "Əgər dərsə gəlmirsə nə etməliyik. Uzun müdət işə gəlmədiyindən təbii ki, işdən azad edildi".

A.Məhərrəmov dosent Altay Göyüşovun universitetdən çıxarılmasına dair məlumatlara da öz münasibətini bildirib: "Altay Göyüşov BDU-da işdən çıxarılmayıb. Sadəcə olaraq o universitetdə iki yerdə işəyirdi. Tarix fakultəsində dosent olamaqla yanaşı, İslam elmi araşdırımalar Mərkəzində də baş elmi işçi kimi çalışırdı. Bir neçə ay işə getmədiyinə görə biz onu o işdən azad etmək istəyirik. Daha doğrusu onun bu məsələsi hazırda universitetin Həmkarlar İttifaqında müzakirə olunur. Araşdırılır ki, niyə iki ayı işə gəlməyib. Hazırda o yenə də işə gəlmir. Amma dosent kimi dərsinə gəlir və vəzifəsində qalır. Ancaq ikinci işdən yəqin ki, azad ediləcək".

AzNews.az